İran: Gərginlik artsa, Dimona nüvə reaktoru hədəf ola bilər


İran iki ölkə arasında münaqişənin gərginləşəcəyi təqdirdə İsrailin Dimona şəhərindəki nüvə tədqiqat mərkəzinə zərbə endirmək imkanını nəzərdən keçirir.



AFN.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı yüksək rütbəli İran rəsmisinə istinadən məlumat yayıb.



“Münaqişə yeni səviyyəyə keçərsə, Dimonadakı nüvə reaktoru bizim qanuni hədəfimizə çevrilə bilər”, – deyə kanalın adını açıqlamayan mənbə bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu