Ərdoğan və Tramp NATO sammitində görüşəcək

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Niderlandda keçiriləcək NATO sammiti çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşəcək.
Bu barədə NTV məlumat yayıb.
İki gün davam etməsi gözlənilən sammitdə Avropanın təhlükəsizliyi və hərbi xərclərin artırılması müzakirə olunacaq.
Sammitdə iştirak edənlər arasında Ukrayna Prezidenti Volodimir Zelenski də olacaq.