Pezeşkiandan türk adları ilə bağlı mühüm tapşırıq


İranda uşaqlara türk adlarının verilməsinə qoyulan məhdudiyyətlərlə əlaqədar başlanan "Balamın adı" kampaniyasına ölkə Prezidenti Məsud Pezeşkian münasibət bildirib.

AFN.az-ın verdiyi xəbərə görə, bu barədə məlumatı "Azad İran" yayıb.

Bildirilib ki, M. Pezeşkian 15 761 nəfərin imzaladığı müraciəti nəzərə alaraq, İran Vətəndaş Qeydiyyatı İdarəsinə adlarla bağlı tətbiq olunan qadağaların araşdırılması və aradan qaldırılması üçün göstəriş verib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan türkləri arasında uşaqlara türk adlarının rəsmiləşdirilməməsi ilə bağlı problem yaranmışdı. Bu səbəbdən vətəndaşlar "Balamın adı" adlı kampaniyaya başlayaraq, Prezident Məsud Pezeşkiana, daxili işlər nazirinə və parlament sədrinə açıq məktub ünvanlamışdılar.

Təşkilatçılar bildiriblər ki, məqsəd İran qanunvericiliyində yer alan "Vətəndaş vəziyyəti aktlarının qeydiyyatı haqqında" qanunun 20-ci maddəsinin dəyişdirilməsidir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu