Dövlət başçılarının bugünkü iclasında 20 sənəd imzalanıb
Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Dövlət Başçıları Şurasının 25-ci iclasında 20 sənəd imzalanıb.
Sinxua agentliyinin məlumatına görə, dövlət və hökumət başçıları Tiencin Bəyannaməsini imzalayıblar.
İmzalanan sənədlər arasında:
- 2035-ci ilə qədər İnkişaf Strategiyası
- Üzv dövlətlərin 2026-2030-cu illər üçün ŞƏT məkanında ekstremist ideologiyaya qarşı mübarizə üzrə Əməkdaşlıq Proqramı
- 2030-cu ilə qədər Enerji Əməkdaşlığının İnkişafı Strategiyasının həyata keçirilməsinə dair Yol Xəritəsi
- Laos Xalq Demokratik Respublikasına ŞƏT-in dialoq üzrə tərəfdaşı statusunun verilməsi
- ŞƏT-in Müstəqil Dövlətlər Birliyində müşahidəçi statusu alması
- “Şanxay Əməkdaşlıq Təşkilatının tərəfdaşı” statusu haqqında qərar
- Qırğızıstanın Çolpon-Ata şəhərinin 2025-2026-cı illərdə ŞƏT-in turizm və mədəniyyət paytaxtı elan edilməsi
- ŞƏT Baş katibinin səlahiyyətləri haqqında qərar
- ŞƏT Katibliyinin Çin Xalq Respublikasında qalma şərtləri haqqında 2004-cü il 17 iyun tarixli Sazişə əlavə Protokol
- ŞƏT Katibliyi və “Roskonqres” Fondu arasında Anlaşma Memorandumu
- Təşkilatın Regional Antiterror Strukturunun 2024-cü ildə fəaliyyəti haqqında hesabat
- Üzv dövlətlər arasında ŞƏT-in Narkotiklərlə Mübarizə Mərkəzi haqqında Saziş
- Üzv dövlətlər arasında təhlükəsizlik çağırışlarına və təhdidlərinə qarşı mübarizə üzrə Universal Mərkəz haqqında Saziş
- İkinci Dünya müharibəsinin bitməsinin və BMT-nin yaradılmasının 80-ci ildönümü ilə bağlı bəyanat
- Rəqəmsal İqtisadiyyatda Əməkdaşlığın Gücləndirilməsi və Dayanıqlı Enerji İnkişafına dair bəyanatlar
- “Yaşıl” sənaye sahəsində əməkdaşlığa dair saziş
- Süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi haqqında bəyanat
- Çoxtərəfli ticarət sisteminin dəstəklənməsi və dünya narkotik probleminin həlli haqqında bəyanat
- Elmi, texnoloji və innovasiya sahəsində əməkdaşlıq haqqında saziş
- Üzv dövlətlərin səlahiyyətli nazirlik və idarələrinin rəhbərlərinin davamlı inkişaf sahəsində investisiya əməkdaşlığının gücləndirilməsinə dair bəyanat
- ŞƏT və Çin Xalq Respublikası Hökuməti arasında Katibliyin Çin Xalq Respublikasında qalma şərtləri haqqında Protokol




