Fransada hökumət devrildi


Fransada Baş nazir Fransua Bayru hökuməti 1958-ci ildən bəri etimad səsverməsi nəticəsində devrilən ilk hökumət oldu.

Parlamentin aşağı palatası olan Milli Məclisin Ümumi Sessiyasında keçirilən fövqəladə iclasda Bayru hökuməti üçün etimad səsverməsi keçirilib.

194 deputat Bayru hökumətinin lehinə, 364 deputat isə etimadsızlıq səsi verib.

Fransada 1958-ci ildən bəri hökumətlər 41 dəfə etimad səsverməsinə getsə də, ilk dəfə olaraq bir hökumət öz təşəbbüsü ilə getdiyi etimad səsverməsində parlamentdən kifayət qədər dəstək ala bilməyərək devrilib.

Ölkədə bundan əvvəl 2 hökumət isə müxalifətin təqdim etdiyi interpelasiya təklifləri ilə devrilmişdi.

Devrilmiş Baş nazir Fransua Bayru sabah səhər Fransanın Prezidenti Emmanuel Makrona istefasını təqdim edəcək.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu