Yeni ixtira pəncərələri günəş panelinə çevirə bilər

Nankin Universitetinin (Çin) komandası tərəfindən hazırlanmış yeni örtük pəncələrin görünüşünü pozmadan onları günəş enerjisi hasil edən panellərə çevirir. İnqilabi texnologiya hündür binaları təmiz enerji stansiyalarına çevirməyi və karbon emissiyalarını milyardlarla ton azaltmağı hədəfləyir.
Çinin Nankin Universitetinin tədqiqatçıları pəncələrin görünüşünü dəyişmədən onları enerji mənbəyinə çevirən CUSC adlı yeni günəş konsentratoru texnologiyası hazırlayıblar.
Optika mühəndisi Vey Xu bildirib ki, CUSC dizaynı günəş enerjisi texnologiyasını ətraf mühitdəki tikililərə estetikanı pozmadan inteqrasiya etmək üçün irəliyə atılmış mühüm addımdır.
Necə işləyir?
Yeni sistem xolesterik maye kristal qatlarından istifadə edir. Bu sayədə daxil olan yaşıl işığın 38,1%-i pəncərələrin kənarlarına yönləndirilərək elektrik enerjisinə çevrilə bilir. 2,5 santimetrlik prototip günəş altında 10 mV gücündə ventilyatoru işlətməyi bacarıb.
Təmiz enerji üçün böyük addım
Tədqiqatçılar bildirirlər ki, bu ixtiranın geniş miqyasda tətbiqi qlobal səviyyədə teravatt gücündə yaşıl enerji təklifi təmin edə, illik milyardlarla ton karbon emissiyasının qarşısını ala bilər.
Texnologiyanın daha səmərəli olması və istehsal üsullarının optimallaşdırılması üçün işlər davam etdirilir. Nəticələr PhotoniX jurnalında dərc olunub.