Fələstin İsrailin təcavüz etməyəcəyi ilə bağlı beynəlxalq zəmanət istəyir
Fələstinə İsrailin təcavüz etməyəcəyi ilə bağlı beynəlxalq zəmanət lazımdır.
AFN.az xəbər verir ki, bu barədə TASS-a açıqlamasında Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl bildirib.
“Biz İsrailin qətllərini və hücumlarını dayandırmaq istəyirik. Bu, bizim üçün ən vacib şeydir. Ancaq ikinci məqam ondan ibarətdir ki, biz dünya səhnəsində İsrailin yenidən Qəzzaya hücumunun qarşısını alacaq beynəlxalq zəmanətlərin əldə olunmasını istəyirik” - deyə səfir əlavə edib.




