Paşinyan: Əliyevlə təmaslardan və danışıqların nəticələrindən razıyam


Azərbaycan prezidenti İlham Əliyevlə təmaslardan və danışıqlarının nəticələrindən məmnunam.

AFN.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“Mən Kopenhagendəki görüşümüzdən və ümumilikdə təmaslarımızın nəticələrindən məmnunam. Sülhə gedən yolun institusionallaşdırılmasından da məmnunam. Hörmətli həmkarlar, sülh faktdır”, - deyə o, hökumətin iclasından sonra keçirilən brifinqdə qeyd edib.

Qeyd edək ki, oktyabrın 2-də Əliyev və Paşinyan Kopenhagendə Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində görüşüblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu