Neuralink istifadəçisi implantını gündəlik cihazlarla genişləndirdi
Neuralink-in beyin–kompüter interfeysi (BCI) texnologiyası sayəsində istifadəçilər düşüncələri ilə cihazları idarə edə bilir. Lakin bəzi istifadəçilər təcrübələrini daha da təkmilləşdirmək üçün gündəlik texnologiya vasitələrini və sadə alətləri öz həllləri ilə sistemə inteqrasiya edirlər.
The Verge-in xəbərinə görə, Neuralink-in üçüncü sınaq iştirakçısı Bred Smit implantını gündəlik cihazlarla uyğunlaşdıraraq imkanlarını artırmağı seçib.
Əzələ xəstəliyi ALS ilə yaşayan Smit 2024-cü ilin noyabrında implant alıb. Ondan əvvəl yalnız göz izləmə proqramı vasitəsilə kompüteri idarə edə bilirdi. Beyin implantı sayəsində isə artıq düşüncələrini birbaşa əmrlərə çevirə bilir.
Əməliyyatdan altı ay sonra Smit Neuralink komandasından periskop istəyib, lakin komanda əvvəlcə bunun səbəbini anlamayıb.
Smit araşdırma apararaq Insta360 Link 2 adlı kameranı seçib. Başını hərəkət etdirməkdə çətinlik çəkdiyi üçün bu kameradan istifadə edərək meydançanı müxtəlif bucaqlardan müşahidə edə bilir. Sistem həmçinin videokonfrans görüşmələri üçün də yararlıdır.
The Verge-in məlumatına görə, Smit quraşdırmanın necə işlədiyini nümayiş etdirib və kameranı idarə edərək müxtəlif rakurslar əldə etdiyini göstərib. Bu üsul tamamilə öz ehtiyaclarına əsaslanaraq hazırladığı “özün hazırla” tipli bir həll olub.
Neuralink 2024-cü ildə iki eksperimental əməliyyat həyata keçirib. İlk pasiyent Noland Arboh implantın ona oyun oynama imkanı yaratdığını və həyatını dəyişdirdiyini deyərək sistemi bəzi oyunlarda ona üstünlük verən “aimbot”a bənzədib. İkinci əməliyyat 2024-cü ilin avqustunda icra olunub.
Şirkət insan üzərində sınaqları davam etdirərkən müasir texnologiyanı düşüncə ilə idarə olunan bir səviyyəyə çatdırmağı hədəfləyir.





