Tramp Rusiya əleyhinə sanksiya layihəsini təsdiqlədi
ABŞ-ın senatoru Lindsey Qraham çərşənbə günü bildirib ki, ABŞ Prezidenti Donald Tramp ucuz Rusiya neftinin alınmasına qarşı sanksiya tətbiq edəcək layihəni təsdiqləyib.
Senator Qraham Trampla keçirdiyi görüşdən sonra X hesabından paylaşım edib.
Qraham yazıb: “Çox məhsuldar görüşdən sonra Tramp aylardır Senator Blumenthal və bir çox digər şəxslərlə birlikdə üzərində çalışdığım iki partiyalı Rusiya sanksiya layihəsini təsdiqlədi”.
Qraham qeyd edib ki, layihə Trampa ucuz Rusiya nefti alan ölkələri cəzalandırmaq imkanı verəcək. O, layihənin Ukraynaya sülh üçün güzəştlərin edildiyi bir dövrə təsadüf etdiyini vurğulayıb.
Qrahamın qiymətləndirməsinə görə, bu layihə Prezident Trampla Çin, Hindistan və Braziliya kimi ölkələrə qarşı böyük təsir imkanını təmin edəcək və Rusiya-Ukrayna müharibəsi zamanı Moskvaya maliyyə dəstəyi verən ucuz Rusiya neftini almağı dayandırmaları üçün onları təşviq edəcək.
ABŞ mətbuatında layihənin Senatda gələn həftə səsverməyə çıxarılmasının gözlənildiyi bildirilib.
