Səudiyyə Ərəbistanında "Lightning" PUA-ları təqdim edildi


Ər-Riyadda keçirilən "World Defense Show 2026" beynəlxalq müdafiə sərgisində Rusiyanın mülki təyinatlı "Lightning" pilotsuz uçuş aparatları (PUA) xətti ilk dəfə geniş ictimaiyyətə nümayiş etdirilib.


AFN.az xəbər verir ki, bu aparatlar həm kadr hazırlığı, həm də logistik tapşırıqlar üçün nəzərdə tutulub.

Sərgidə bu brend altında iki müxtəlif ölçülü aparat nümayiş olunub. Təlim Modeli ("Lightning 2") daha yüngül versiya olub, əsasən FPV (First Person View) təyyarə operatorlarının hazırlanması üçün istifadə edilir. FPV idarəetməsi xüsusi bacarıqlar – FPV eynəkləri ilə işləmək və aerodinamikanı dərindən anlamaq tələb etdiyi üçün bu model pilotlara praktiki vərdişlər aşılamaq məqsədi daşıyır.

Yük və Kəşfiyyat Modeli - İkinci aparat daha böyük faydalı yük götürmə qabiliyyətinə malikdir. O, çətin şəraitlərdə yüklərin daşınması, həmçinin ərazinin monitorinqi və kəşfiyyat fəaliyyəti üçün nəzərdə tutulub.

İstehsalçı şirkətin nümayəndələrinin bildirdiyinə görə, "Lightning" dronları yığılma baxımından sadə və ucuzdur. Bu da onların istehsalını qısa müddətdə genişləndirməyə və müxtəlif sahələrə inteqrasiya etməyə imkan verir. Aparatlar həmçinin xilasetmə əməliyyatlarında operativ yüklərin (məsələn, tibbi ləvazimatların) çatdırılması üçün səmərəli vasitə kimi qiymətləndirilir.

"World Defense Show 2026" sərgisi fevralın 12-dək davam edəcək və burada qlobal müdafiə sənayesinin ən son texnologiyaları, o cümlədən süni intellekt əsaslı sistemlər nümayiş etdirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu