Çak Norris vəfat etdi


Kino dünyasının və döyüş sənətlərinin unudulmaz siması Çak Norris vəfat edib.

AFN.az-ın məlumatına görə, aktyorun ailəsi instaqram vasitəsilə onun yaxınlarının əhatəsində, hüzur içində vəfat etdiyini açıqlayıb.

Norris ömrünün sonuna qədər aktiv həyat tərzi ilə seçilirdi; hətta bu ayın əvvəlində öz ad gününü rinqdə boks edərək qeyd etmişdi. Lakin dünən Havay adalarında istirahət edərkən vəziyyəti qəfil pisləşib və tibbi müəssisəyə çatdırılıb.

Yarıməsrlik karyerası ərzində "Əjdahanın yolu" və "Delta qüvvəsi" kimi onlarla kult filmə imza atan ulduz, sonuncu dəfə "Xərclənənlər 2" layihəsi ilə tamaşaçı qarşısına çıxıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu