Fransada 48 vilayətdə meşə yanğını riski səbəbindən narıncı həyəcan siqnalı verilib



Fransada günlərdir davam edən anomal istilər fonunda 48 vilayətdə meşə yanğını riski ilə əlaqədar həyəcan səviyyəsi narıncıya qaldırılıb.

AFN.az xəbər verir ki, Fransanın meteorologiya xidməti "Meteo-France" tərəfindən verilən açıqlamaya görə, iyunun 23-ü və dünənki gün ölkədə ən isti günlər kimi qeydə alınıb.

Dünən termometrlər paytaxt Parisdə 40,3, Bordo şəhərində 41,8 və Kazo şəhərində isə 43,6 dərəcəyə qədər yüksəlib.

Ölkə miqyasında anomal istilər səbəbindən bu gün isə 72 vilayətdə qırmızı həyəcan siqnalı verilib.

Bundan əlavə, Fransanın 48 vilayətində meşə yanğını riski ilə əlaqədar həyəcan səviyyəsi narıncıya, Yuxarı Qaronna (Haute-Garonne)Sövr (Deux-Sevres) departamentlərində isə qırmızıya qaldırılıb.

Vətəndaşların Fransadakı yaşıl sahə yanğınları barədə məlumat paylaşdığı "Feux de Foret" platformasının internet saytındakı xəbərlərə görə, hazırda ölkənin 26 fərqli yaşıl sahəsində yanğınlar davam edir.

Milli mətbuatda yer alan xəbərlərə əsasən, EndrŞer vilayətlərinin sərhədindəki bir tarlada məhsul yığımı zamanı çıxan yanğın səbəbindən 110 hektar kənd təsərrüfatı sahəsi külə dönüb.

Təxminən 80 yanğınsöndürənin müdaxilə etdiyi və dünən axşam saatlarında nəzarət altına alınan yanğında bir bina da uçub.

Fransada isti havaların təsirli olduğu 18 iyundan bəri 48 nəfər suda boğularaq həyatını itirib.

Pa-de-Kale valiliyindən dünən verilən açıqlamada isə anomal istilərin departamentdə 3 nəfərin ölümü ilə bağlı ola biləcəyi bildirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu