Macarıstan Ukrayna ilə Aİ-yə üzvlük danışıqlarında yeni mərhələyə razılıq verib


Macarıstan iyulun 14-də Avropa İttifaqının Ukrayna ilə üzvlük danışıqlarında daha bir məsələlər qrupunu (klasterini) açmasına razılıq verib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Macarıstanın keçmiş Aİ işləri üzrə naziri Yanoş Boka ölkənin Peter Magyarın rəhbərlik etdiyi yeni hökumətinin qərarına istinadən məlumat yayıb.

Keçmiş nazir qeyd edib ki, Aİ üzvlərinin yekdil qərarı ilə açılacaq bu növbəti mərhələ beynəlxalq münasibətlər, xarici siyasət və təhlükəsizlik sahələrini əhatə edir. Bununla belə, o, Macarıstanın Ukraynanın ittifaqa sürətləndirilmiş qaydada daxil olmasına hələ də qarşı çıxdığını və bu prosesin yalnız real nailiyyətlərə əsaslanmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, Aİ iyunun 15-də Ukrayna və Moldova ilə qanunun aliliyi və fundamental hüquqları əhatə edən ilk rəsmi danışıqlar qrupunu açmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu