Futbolda yeni qayda: DÇ finalının fasiləsi uzadılacaq
2026-cı il futbol üzrə dünya çempionatının final görüşündə ilk dəfə olaraq fasilənin müddəti xüsusi əyləncə proqramına görə artırılacaq.
AFN.az xəbər verir ki, hazırda 15 dəqiqə nəzərdə tutulan fasilənin təxminən 30 dəqiqəyədək uzadılması planlaşdırılır.
Şou proqramının bədii rəhbəri məşhur "Coldplay" qrupunun solisti Kris Martin olacaq. Səhnədə Castin Biber, Şakira, BTS, Madonna və digər tanınmış musiqiçilərin çıxışı gözlənilir.
Xatırladaq ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) qaydalarına əsasən, oyunlar arasında fasilə standart olaraq 15 dəqiqə təşkil edir və bu müddət yalnız baş hakimin razılığı ilə dəyişdirilə bilər.



