Hazırda ABŞ-la danışıqlar aparmağı planlaşdırmırıq - İran XİN rəhbəri


İran İslam Respublikası hazırda ABŞ ilə hər hansı bir danışıqlar aparmağı planlaşdırmır və bütün diqqətini ölkənin müdafiəsinə yönəldib.

AFN.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi məlumat verib.

"Hazırda danışıqlarla bağlı heç bir planımız yoxdur və biz tamamilə müdafiəyə fokuslanmışıq", — deyə "Tasnim" agentliyi Bəqayidən sitat gətirib.

XİN rəsmisi həmçinin Tehran və Vaşinqton arasında imzalanmış anlaşma memorandumunun qarşılıqlı öhdəliklər toplusundan ibarət olduğunu xatırladıb: "Qarşı tərəfin sazişi pozacağı təqdirdə, İran da öz öhdəliklərini yerinə yetirməkdən imtina edəcək və gələcəkdə də eyni prinsiplə hərəkət edəcək".

Bəqayi əlavə edib ki, saziş heç vaxt etimada əsaslanmayıb və yalnız "öhdəliyə qarşı öhdəlik" mexanizmi üzərində qurulub. ABŞ tərəfindən atılan addımların bu razılaşmanı pozduğunu qeyd edən XİN rəsmisi, İran Silahlı Qüvvələrinin ölkənin suverenliyini qorumaq üçün istənilən təcavüzə qətiyyətlə cavab verəcəyini vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu