Rumıniya hava məkanına qanunsuz daxil olan PUA qırıcılar tərəfindən vurulub



Rumıniya hava məkanına icazəsiz daxil olan pilotsuz uçuş aparatının (PUA) NATO-nun İspaniyaya məxsus F-18 qırıcıları tərəfindən vurulduğunu açıqlayıb.

AFN.az xəbər verir ki, Rumıniyanın müdafiə naziri Radu-Dinel Miruţa sosial media hesabında verdiyi açıqlamada ölkənin cənub-şərqində, Qalatsı yaxınlığında hava məkanına icazəsiz daxil olan PUA-nın aşkar edildiyini və NATO-nun hava patrulu missiyası çərçivəsində havaya qalxan 2 F-18 qırıcısının bölgəyə yönləndirildiyini bildirib.

İspaniya F-18-lərinin Rumıniyaya icazəsiz daxil olan PUA-ya müdaxilə etdiyini bildirən Miruţa PUA-nın yaşayış məntəqəsi olmayan meşəlik əraziyə düşdüyünü qeyd edib.

Miruţa PUA-nın hansı ölkəyə məxsus olduğunun müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanıldığını bildirərək, İspaniya F-18 pilotlarına və Rumıniya ordusuna uğurlu fəaliyyətlərinə görə təşəkkür edib.

Bu arada, iyul ayında da 3 gün ard-arda Rumıniya hava məkanına icazəsiz daxil olan 3 PUA vurulmuşdu.

NATO əməliyyatın İspaniyanın Torrejon de Ardoz hərbi hava bazasında yerləşən NATO Birgə Hava Əməliyyatları Mərkəzi vasitəsilə koordinasiya edildiyini açıqlayıb.

Açıqlamada F-18-lərin İspaniya Hava və Kosmik Qüvvələrinə məxsus daha geniş birliyin tərkib hissəsi olduğu, ümumilikdə 7 F-18, 3 NH-90 PUA əleyhinə helikopter, 1 A400M havada yanacaq doldurma təyyarəsi və İspaniyadan gələn təxminən 200 şəxsi heyətin eyni bazada yerləşdiyi qeyd edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu