Fransanın qərbində 1700 hektar ərazini kül edən yanğın nəzarətə götürülüb
Fransanın qərbindəki Landes vilayətində günlərdir davam edən və 1700 hektar ərazini külə çevirən yanğının nəzarət altına alındığı bildirilib.
AFN.az xəbər verir ki, Landes əyalətinin X platformasında yaydığı açıqlamada vilayətin Luqnon kəndində avqustun 13-də başlayan yanğının nəzarət altına alındığı qeyd olunub.
Açıqlamada yanğın səbəbindən təxliyə edilən bölgə sakinlərindən 250 nəfərin evlərinə qayıda biləcəyi bildirilib.
Təxminən dörd gün davam edən yanğın nəticəsində 1700 hektar ərazi kül olub.
Tarixinin ən böyük yanğın mövsümünü yaşayan Fransada bu il 117 min hektardan çox ərazi alovlara təslim olub, 4 yanğınsöndürən isə həyatını itirib.


