AK miqrasiya böhranları ilə mübarizə üçün tədbirlər hazırlayır
Avropa Komissiyası (AK) İspaniyanın Seuta eksklavında Mərakeş tərəfindən baş verən kütləvi sərhəd pozuntusundan sonra miqrasiya böhranlarına reaksiya vermək üçün tədbirlər paketi hazırlayır.
AFN.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, miqrasiya axınlarına nəzarət mövzusu Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Avropa Parlamentindəki çıxışının əsas xəttini təşkil edəcək. Adı açıqlanmayan diplomatın sözlərinə görə, təkliflərdən biri müstəsna hallarda miqrantlara sığınacaq verilməsi qaydalarının dayandırılması olacaq.
İyulun sonunda on minlərlə qeyri-qanuni miqrant Mərakeşdən ayıran dalğaqıranı keçərək üzərək və ya dayazlıqla Seutaya çata bilib. Böhran fonunda Madrid şəhərdə təhlükəsizliyin təmin edilməsinə kömək etmək üçün hərbçiləri cəlb etmək qərarına gəlib.
Hakimiyyət orqanlarının qiymətləndirmələrinə görə, şəhərə 80 minə qədər insan daxil ola bilərdi, lakin qeyri-qanuni miqrantların böyük əksəriyyətinin artıq Mərakeşə qayıtdığı ehtimal edilir. İspaniyanın Baş naziri Pedro Sançesin bildirdiyinə görə, şəhərdə 5 minə qədər miqrant qala bilər, lakin yerli hakimiyyət orqanları bu rəqəmin daha yüksək olduğunu düşünürlər.
