Nepalda sel fəlakətində ölənlərin sayı 1385-ə yüksəlib
Nepalın Çin sərhədinə yaxın Rasuvua bölgəsi və ətrafında avqustun 26-da baş verən sel nəticəsində ölənlərin sayı 1385-ə yüksəlib.
AFN.az xəbər verir ki, ölkədə davam edən axtarış-xilasetmə işləri zamanı itkin düşən şəxslərin taleyi ilə bağlı araşdırmalar davam etdirilir.
Nepal Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Agentliyi “X” platformasındakı hesabından sel fəlakəti ilə bağlı son vəziyyəti açıqlayıb.
Açıqlamada ölkədə baş verən sel nəticəsində ölənlərin sayının 1385-ə çatdığı, itkin düşən 5130 nəfərin axtarışı üzrə xilasetmə işlərinin davam etdiyi bildirilib.
Qeyd olunub ki, fəlakət bölgələrində axtarış-xilasetmə, yardım paylanması, meyitlərin çıxarılması və digər təcili əməliyyatların həyata keçirilməsi üçün 21022 təhlükəsizlik əməkdaşı cəlb olunub.
Seldə 13676 nəfərin xilas edildiyi, 337 yaralının isə müalicə olunduğu bildirilib.
