Brent nefti 103,65 dollar olub



Brent neftinin bir bareli beynəlxalq fyuçers bazarında 103,65 dollardan satılır.

AFN.az xəbər verir ki, dünən 103,86 dollara qədər yüksələn Brent neftinin fyuçers qiyməti günü 103,08 dollarla başa vurub.

Brent neftinin noyabr fyuçers kontraktının bir bareli bu gün Bakı vaxtı ilə saat 10:58-də əvvəlki bağlanışla müqayisədə 0,55 faiz artaraq 103,65 dollar olub.

Eyni vaxtda Qərbi Texas tipli xam neftin (WTI) noyabr fyuçers kontraktının bir bareli 92,65 dollar səviyyəsində müəyyənləşib.

Qiymətlərdəki qismən artıma ABŞ və İran arasında müharibənin başa çatdırılmasına yönəlmiş diplomatik təmaslara baxmayaraq, Hürmüz boğazının yenidən açılması ilə bağlı qeyri-müəyyənlik və bölgədə davam edən təhlükəsizlik riskləri təsir göstərir.

Texniki təhlillərə görə, Brent neftində 105,33 dollar müqavimət, 99,38 dollar isə dəstək səviyyəsi kimi izlənilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu