Avropa qışa qaz çatışmazlığı riski ilə hazırlaşır - media
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Aİ ölkələrinə ümumavropa strateji qaz ehtiyatlarının yaradılmasını təklif edib.
AFN.az xəbər verir ki, bu barədə “Politico” öz mənbələrinə istinadən məlumat yayıb.
Təşəbbüs qışda yanacaq çatışmazlığı riski ilə bağlı narahatlıqlar fonunda irəli sürülüb. Nəşrin məlumatına görə, Avropadakı qaz anbarları bu il rekord dərəcədə aşağı səviyyədə dolub. Bunun səbəblərundən biri Yaxın Şərqdəki münaqişə ilə əlaqəli yay qiymətlərinin yüksək olmasıdır.
Təklifin hansı formada həyata keçiriləcəyi hələlik məlum deyil. Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri hər il oktyabrın 1-dən dekabrın 1-dək qaz anbarlarının doluluğunu 90 faizə çatdırmalıdır. Lakin Komissiya 2026-cı ildə bu göstəricinin 80 faizə endirilməsinə hazırdır.
