Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının islahatını təklif edib



Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası daha ədalətli və inklüziv quruma çevrilmək üçün islahatlara ehtiyac duyur.

AFN.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Günü münasibətilə ünvanladığı müraciətdə bu fikri səsləndirib.

Ərdoğan vurğulayıb ki, təşkilat qarşısında duran mühüm vəzifələri tam yerinə yetirə bilməsi üçün bütün dövlətlər BMT Nizamnaməsinin prinsiplərini müdafiə etməli və təşkilatın əsas orqanlarının fəaliyyətinin səmərəliliyini artırmağa imkan verən islahatları dəstəkləməlidir.

Türkiyə lideri müharibələr, aclıq, yoxsulluq və iqlim dəyişikliyi kimi qlobal çağırışlar fonunda təşkilatın missiyasının əhəmiyyətinin artmasına diqqət çəkib. Onun sözlərinə görə, bəşəriyyət hələ də BMT Nizamnaməsində təsbit olunmuş ümumi iradə prinsiplərinin həyata keçəcəyi, müharibələrin sona çatacağı və davamlı sülhün bərqərar olacağı gələcəyə ümid edir.

Ərdoğan dünyanın sabitliyə nə qədər ehtiyac duyduğunun nümunəsi kimi Qəzza zolağında baş verən faciəni göstərib. O bildirib ki, burada soyqırımın qurbanlarının sayı artıq 74 mini ötüb və bu, vəziyyətin nə qədər təcili olduğunu aydın şəkildə nümayiş etdirir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu