Zelenski Rusiyaya və Çinə qarşı yeni sanksiyalar tətbiq edib
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və Çindən olan fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib.
AFN.az xəbər verir ki, sənədlərə əsasən, sanksiyalar Rusiyadan olan 77 hüquqi və 83 fiziki şəxsi əhatə edib. Məhdudiyyətlərin tətbiq olunduğu qurumlar arasında G. S. Petrov adına Plastmas İnstitutu ASC, Xüsusi Təyinatlı Kosmik Sistemlər Korporasiyası Kometa ASC və digər şirkətlər var.
Bundan əlavə, Çində qeydiyyatdan keçmiş iki hüquqi şəxsə qarşı da məhdudiyyətlər tətbiq olunub.





