Aqil Acalov: "Müharibə şəraitində olan bir xalq bu gün ağlamamalı, kədərə bürünməməlidir"




“Qarabağın gözü yolda” qısametrajlı filminin təqdimatı və “31 Mart Soyqırımı” gününə həsr olunmuş tədbirdə ictimai xadim Aqil Acalov ibrətamiz çıxış edib.



AFN xəbər verir ki, A.Acalov çıxışında "31 mart soyqırımını unutmaq olmaz, ancaq ağlamaq da olmaz" deyə bildirib.

"Biz nə qədər ağlamalıyıq, kədərə boğulmalıyıq, bizi qırdılar, əzdilər və.s tipdə kədərli anlarımızı təbliq etməliyik? Niyə biz şanlı tariximizdən, qələbələrimizdən, bu soyqırımı törədənlərdən aldığımız intiqamdan, döyüşlərdə qalibiyyətlərimizdən danışmırıq, bu səpkidə tədbirlər həyata keçirmirik? Bəsdirin ağladıq, kədərə büründük! Müharibə şəraitində olan bir xalq bu gün ağlamamalı, kədərə bürünməməlidir. Şanlı tariximizi, döyüş salnamələrimizi təbliğ edərək, yetişməkdə olan gənc nəslə aşılayaraq, döyüş əzmimizi yüksəltməliyik. Qarabağ uğrunda həm fiziki, həm də mənəvi olaraq döyüşə hazır olmalıyıq. Biz ki, miladdan öncə VII yüzillikdə indiki İraq ərazisində Assuriya, miladdan öncə VI yüzillikdə Qafqazda Əhəməni, miladdan öncə I yüzilliyin 30-cu illərində Roma, VII-XI yüzilliklərdə Ərəb, X-XI yüzillikdə Bizans, gürcü, hayları əzən, Çapaqçur, Malatya, Mərv, Əhlət, Üçmüəzzində qələbə qazanan, Alpan, Qəmərli, Qarababa savaşlarında alib olan bir millətik. Biz döyüşlərdə qələbələr qazanıb, qanlar axıdaraq, minlərlə şəhid verərək imperiyalar, dövlətlər qurmuş bir millətik. Bunlardan danışmaq, təbliğ eləmək lazımdı və bu səpkidə maarifləndirmə yönümlü tədbirlər həyata keçirərək döyüşkən ruhu yüksəldərək hər daim döyüşə hazır olmalıyıq. Bizi əzmək istəyənləri məhv etməyə hazır olmalıyıq! Tariximizi unutmayın!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu