“Diqlas”la bağlı yaradılmış komissiyanın ilk iclası keçirildi- TAPŞIRIQ VERİLDİ




Azərbaycan Prezidentinin “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən yaradılmış Komissiyanın bu gün ilk iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, iclasda hadisə ilə bağlı dövlətimizin başçısı tərəfindən verilmiş tapşırıqların ötən müddət ərzində icrası vəziyyətinə dair komissiya üzvlərinin məlumatları dinlənilib, yanğının fəsadlarının və sahibkarların üzləşdiyi problemlərin aradan qaldırılması üzrə görüləcək tədbirlərə dair geniş müzakirələr aparılıb.

İclasın gedişində Komissiyanın sədri, baş nazirin birinci müavini Yaqub Eyyubov tərəfindən dövlət başçısının müvafiq sərəncamı ilə ayrılmış ilkin vəsait hesabına zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi qaydasının artıq təsdiq olunduğu və növbəti təqvim günündən bu yardımların verilməsinə başlanılacağı vurğulanıb, hər bir sahibkara dəymiş ziyanın həcminin qısa müddətdə müəyyənləşdirilməsinə, yanğının səbəblərinin araşdırılması və oxşar halların digər ticarət və ictimai obyektlərdə baş verməməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsinə, eləcə də hadisə ilə bağlı digər zəruri işlərin davam etdirilməsinə dair komissiya üzvlərinə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu