Azərbaycanın məşhur iş adamı vəfat edib




"Bizim Market” mağazalar şəbəkəsinin və köhnə "Maşın bazarı”nın sahibi kimi tanınan iş adamı Rasim Salmanov bu gecə qəflətən vəfat edib.

AFN-in azpolitika.info-ya istinadən məlumatına görə, iş adamının ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Rasim Salmanov "Bizim market” mağazalar şəbəkəsi ilə yanaşı, "Zövq İnşaat” tikinti şirkətinin, "Zövq İnşaat” plastik qapı-pəncərə istehsal müəssisəsinin, "Bakı”, "San Remo” və "Nilufər” şadlıq saraylarının, Babək prospektində yerləşən "Audi Bakı Mərkəzi”nin, "Cadillac Bakı Mərkəzi”nin və "Kilim mebel” salonunun sahibi idi .



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu