“Məndə sığar iki cahan...” rəsm müsabiqəsinə yekun vurulub




Müsabiqədə rəsm əsəri ən çox bəyənilən üç qalib müəyyən edilib



Azərbaycanın dahi şairi və və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən “Məndə sığar iki cahan” adlı rəsm müsabiqəsinə yekun vurulub.

Müsabiqədə iştirak etmək istəyənlər Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş rəsm əsərlərini ies@mlspp.gov.az ünvanına göndəriblər. Həmin əsərlər nazirliyin (sosial.gov.az) #Instagram səhifəsində yerləşdirilib. Əvvəlcədən də elan olunan müsabiqə şərtinə uyğun olaraq, qalibləri Instagram istifadəçiləri özləri müəyyən ediblər.

Beləliklə, Instagram istifadəçiləri təqdim olunan 14 rəsm əsərinə münasibətlərini bildiriblər və həmin rəsmlərdən ən çox bəyənilən 3 rəsm müəyyən olunub. Onların müəllifləri sağlamlıq imkanları məhdud gənclər olan Qorxmaz Mustafayev (I yer), Asif Qasımov (II yer) və Nisə Cəfərovadır (III yer)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu