Səməd Vurğunun ev muzeyində “Sizləri xatırlayarkən...” adlı musiqili-poeziya gecəsi keçirilib - FOTOLAR




Səməd Vurğunun Ev Muzeyi və Vaqif Səmədoğlu Mərkəzi “Qrammofon” ədəbi layihəsi çərçivəsində Kamran M. Yunisin və Xəzər Süleymanlının təqdimatında 14 sentyabrda “Sizləri xatırlayarkən...” adlı musiqili-poeziya gecəsi keçirilib.



Gecəni muzeyin direktoru Nüşabə Babayeva -Vəkilova açıb. Kamran M. Yunis və Xəzər Süleymanlı Səməd Vurğunun şeirlərini söyləyiblər. Vurğun Vəkilov Qara Qarayev və Şopenin əsərlərini royalda ifa edib. Həmçinin gecədə filoloq Məti Osmanoğlu, ədəbiyyatşünas İntiqam Qasımzadə, bəstəkar Elnarə Dadaşova, musiqişünas Zümrüd Dadaşzadə və rəssam Qafar Sarıvəlli Səməd Vurğunun ailəsi ilə bağlı öz xatirələrini bölüşüblər. Xalq artisti Ülviyyə Hacıbəylinin royalda ifası gecəyə xüsusi rəng qatıb.













AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu