Fotoda gözünüz qırmızı düşürsə... - XƏBƏRDARLIQ




Yəqin şəkil çəkdirəndə özünüzün, yaxud da bir başqasının gözünün qırmızı düşdüyünə rast gəlibsiniz. Maraq doğursa da, çox vaxt əhəmiyyət vermədiyiniz haldır. Halbuki tibbi araşdırmalarına əsasən, bu əlamət kifayət qədər təhlükəli göz xəstəliklərindən xəbər verə bilər.



Əgər fotoda hər iki gözünüz də qırmızı düşürsə, yəni eyni rəngdədirsə, yalnız bu halda narahat olmağa dəyməz. Lakin biri qırmızı, digəri sarı, boz, yaxud da öz rəngindədirsə, o zaman tibdə xəstəlik əlaməti kimi dəyərəndirilir. Oftamoloqların bildirdiyinə görə, gözlərdə rəng fərqinin varlığı katarakta və xərçəngin əlaməti ola bilər. Odur ki, fotoda gözünüz eyni rəngdə düşmürsə, vaxt itirmədən həkimə müraciət etməyiniz tövsiyyə olunur.

Xüsusən də bir yaşınadək uşaqların gözlərinə diqqət etmək önəmlidir. Bəzən azyaşlılarda anadangəlmə katarakta olur. Körpə danışa bilmədiyi üçün valideyn övladının göz problemindən xəbərsiz qalır. Tibbi müdaxiləninn gecikməsi isə xəstəliyin daha da ağırlaşması ilə nəticələnir. Bu səbəbdən də heç bir şikayət olmasa belə, körpənin ilk 3 ayında göz bəbəyinin müayinəsi məsləhət görülür.

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu