"Muğanbank" bu ilin doqquz ayını zərərlə başa vurdu




"Muğanbank" ASC bu ilin yanvar-sentyabr ayları üzrə maliyyə hesabatını açıqlayıb.



"APA-Economics"in sözügedən hesabata istinadən verdiyi məlumata görə, 2018-ci ili 1,036 mln. manat xalis mənfəətlə başa vuran "Muğanbank” cari ilin yanvar-sentyabr aylarını kəskin zərərlə tamamlayıb – 8,254 mln. manat.

Hesabat dövründə "Muğanbank"ın cəmi aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 0,4% azalaraq 558,549 mln. manat təşkil edib.

Cari ilin doqquz ayında bankın cəmi öhdəlikləri əvvəlki ilin eyni dövrünə nisbətən 0,8% artaraq 473,375 mln. manata çatıb.

Əlavə olaraq, bankın kredit portfeli 4% azalaraq 346,330 mln. manata enib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu