“LİBRAFF”ın 2 böyük filialı bağlandı - FOTOLAR




Bakıda fəaliyyət göstərən kitab mağazalarından ikisi fəaliyyətini dayandırıb.



AFN BakuPost-a istinadən xəbər verir ki, Xətai rayonunda və metronun 20 Yanvar stansiyasının yaxınlığındakı “Bravo” marketlərində olan “LİBRAFF” kitab mağazaları bağlanıb. Onların icarəyə götürdükləri dükanlar tamamilə boşaldılıb. Məlumata görə, yaxın vaxtlarda LİBRAFF-ın daha bir neçə mağazası fəaliyyətini dayandıracaq.

LİBRAFF mağazalar şəbəkəsi, Fövqəladə hallar Naziri Kamaləddin Heydərovun oğlu Tale Heydərova məxsusdur. Bu mağazalar şəbəkəsi 2017-ci ildə fəaliyyətə başlayıb və paytaxtın görkəmli yerlərində, hava limanında, ticarət mərkəzlərində və Gəncədə oxucuların xidmətinə verilib.

Bir neçə mağazanın açılışını şəxsən Tale Heydərov edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu