“Turniri qələbə ilə başa vurmaq istəyirik” - Qurban Qurbanov
“Son oyunumuzdu. Hiss olunur ki, maraq azdı”.Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində sabah “Düdelanj” qəbul edəcək.
Oyunöncəsi mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “Oyuna ciddi hazırlaşırıq. İstəyirik, yaxşı hazırlaşaq və turniri qələbə ilə başa vuraq”.
- Komandanı oyuna hazırlamaq çətindi?
- Mən azarkeşləri nəzərdə tuturdum. Komandanı hazırlamaq hər zaman çətindi. Tanıdığımız rəqibdi. Azarkeşlərimizi sevindirməyə çalışacağıq.
- Marağın az olmasının sizə nə dərəcədə təsiri olub?
- Bilirik ki, hər oyun ciddidi. Avrokubok oyunlarında stadionumuzun dolu olmasını istəyirəm. Düşünürəm ki, azarkeşlərin yenə də ürəyi bizimlə olacaq. Bəzən belə hallarla razılaşmalıyıq.
- İlk dəfə tam heyətlə oyuna hazırsınız. Bu durum sizdə acı gülmək yaradırmı?
- Belə deməzdim. Həmişə istəmişəm ki, bütün oyunlara tam heyətlə hazırlaşaq. Xayme komanda ilə məşq edir. Ola bilsin ki, əsas heyətə düşmək ehtimalı az olsun. Əvvəlki oyunlarla müqayisədə oyunçularımızın durumu yaxşıdı. Ən azı ilin sonunda sağlam istirahət edə biləcəklər.
- Lüksemburqdakı qələbə sizin üçün üstünlükdümü?
- Üstünlük öz meydanımızda oynamağımızdı. Düşünürəm ki, rəqib ilk oyundakı nəticəni nəzərə alıb daha yaxşı hazırlaşacaq. Doğma meydanımızda oynayacağıq. (matc.az)