45 saylı dairədən daha bir tanınmış seçkiyə qatıldı - VİDEO




Tanınan aktrisa Könül Yusifqızı da 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək qərarı verib.



Bu barədə AFN-ə K.Yusifqızı özü məlumat verib. Bildirib ki, 45 saylı Abşeron Seçki Dairəsindən namizədliyini irəli sürüb: "Rəqibim Oqtay Əsədovdur. Ya güclü rəqiblə döyüşüb udmalı yaxud uduzmalısan, ya da ümumiyyətlə bu döyüşə girməməlisən. Seçkidə iştirak edəndə də elə adamla rəqabət aparasan ki, uduzanda biləsən kimə uduzursan. Amma mən çox iddialıyam, həddən artıq. Özüm Abşeronda böyümüşəm, burda oxuyub təhsil almışam, tanıyanlarım, sevənlərim çoxdur. Eyni zamanda iddialarım, planlarım böyükdür".
Qeyd edək ki, 45 saylı dairədən daha iki tanınmış jurnalist - Zahir Əzəmət və Ceyhun Musaoğlu namizədliklərini irəli sürüblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu