Davos forumu ərəfəsində diplomatik pasportlu iki rus “çilingər” yaxalanıb




Xəbər verildiyi kimi, İsveçrənin Davos şəhərində 50-ci Ümumdünya iqtisadi forumu başlayıb. Forumda 118 ölkədən gələn 2800 nümayəndə iştirak edəcək. Bunların arasında 53 dövlət və hökumət başçısı, 1700 biznes-lider və 282 tanınmış ictimai xadim var.



Forumun əsas gündəmi iqlim dəyişkliyi və ətraf mühitin müdafiəsi olacaq. Ekoloji fəlakətlər ekspertlərin 2020-ci il üçün hazırladıqları məruzənin əsas mövzusu halına gətirilib.

Lakin tədbir başlamadan Rusiya tərəfi yenidən gündəmə düşməyi bacarıb. İsveçrənin “Tages-Anzeiger” qəzetinin məlumatına görə, bu gün forum iştirakçılarını izləməkdə şübhəli bilinən iki rusiyalı şəxs yaxalanıb.

Həmin insanların casusluq fəaliyyəti ilə məşğul olduğu iddia edilir. Onların hələ ötən ilin avqust ayından İsveçrə əks-kəşfiyyatının diqqət mərkəzinə düşdüyü qeyd olunur. Ölkənin Qrabyunden kantonunun polisi özlərini çilingər kimi təqdim edən bu şübhəliləri saxlayıb. Maraqlıdır ki, bu “çilingərlər”in ikisinin də üzərindən diplomatik pasport çıxıb. Sənədlərin yoxlanılması İsveçrə polisinin informasiya xidmətinin rəhbəri Anita Senti tərəfindən də təsdiqlənib.

Rusiyalı “çilingərlər”in Davosda iş planı və onlaırn 3 həftə İsveçrədə çalışmaq istəmələri təhlükəsizlik orqanlarını şübhəyə salıb. Özü də şübhəli cütlük İsveçrədə heç də diplomat kimi qeydə alınmayıblar. Buna görə də onların toxunulmazlıq sənədlərinə malik olması qəribə görünüb.

Insidentə İsveçrənin Federal kəşfiyyat xidməti də qarışıb. Hər bir halda ölkə rəsmilərinin tələbi ilə onlar İsveçrəni tərk etməyə məcbur olublar.

Rusiya tərəfi isə həmişəki kimi “əcəb edirik” tərzində cavab verməklə kifayətlənib. Səfirliyin press-attaşesi Stanislav Smirnov diplomatik pasport alan şəxslərin sadəcə Rusiya xarici işlər nazirliyində olmadığını deyib.

------------------------------------------------------------------------------------------------------------

Bulud VPS

9.99 ₼ -dan başlayan qiymətlərlə

* 25 GB SSD Disk Həcmi
* 1 vCore
* 1 GB RAM
* 1TB Trafik
* 1 IPv4 ünvan



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu