Bakı polisi gecə klubunda əməliyyat keçirdi




Bakıda gecə klubunda narkotik maddə satan şəxs saxlanılıb.

AFN APA-ya istinadən xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü İ.Rzayev saxlanıb. Ondan 0,23 qram metidioksimetamfetamin götürülüb.

Davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Rzayevə narkotik maddəni satan R.Əliyev Muxtarov küçəsində yerləşən gecə klubunda saxlanılıb.

Ondan klubda saxladığı yerdə ümumi çəkisi 23,49 qram olan 11 paket metidioksimetamfetamin, 85,265 qram marixuana və çəkisi 6,461 qram olan 12 paket anmetamfetamin aşkar edilib. Hər iki şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu