Rəqqasə Oksananın çəkildiyi filmdə açıq-saçıq səhnələr — VİDEO
Oksana Rəsulova və Şəhriyar Əbilovun baş rolda oynadığı “Sevgi romanı” filminin ssenarisi müzakirələrə səbəb olub.
AFN teleqraf.com-a istinadən bildirir ki, filmdə açıq-saçıq və qadına zorakılıq səhnələri xüsusi ilə diqqət çəkib.
Ekran əsərində Oksana Rəsulova Cəmilə, Şəhriya Əbilov Eldar, Azər Aydəmirov isə Xanlar obrazını canlandırır. Film bu üç qəhrəman arasında cərəyan edir.
Cəmilə Xanlarla evli olur. O, varlı iş adamının qızıdır, həyat yoldaşı onu öldürüb var-dövlətinə sahib çıxmaq istəyir. Həyat yoldaşının bu niyyətindən xəbər tutan Cəmilə evdən qaçır və yolda Eldarla qarşılaşır. Birgə kəndə gedən və ikilikdə zaman keçirən cütlüyün səmimi səhnələri diqqət çəkir.
Zorakılığa məruz qalmış Cəmilə həyat yoldaşına xəyanət edir, Eldarla yatır. Sonda məlum olur ki, bu planı Cəmilənin atasının dostu onu qorumaq üçün qurub, Eldar da həmin ssenarinin baş qəhrəmanıdır.
Cəmilənin atasının dostu Eldar haqqında bütün həqiqətləri deyir və Cəmilə Eldarın Kanadaya getməsinə qarşı çıxır. Film biri-birinə aşiq olmuş cütlüyün xoşbəxt münasibətilə bitir.
Filmdə tamaşaçı yığmaq üçün çəkilən səhnələrdən biri də Zümrüd Bədəlova ilə Azər Aydəmirin hamam xalatında görünməsi və sevgili olmasıdır.
Zümrüd Bədəlova filmdə Oksana Rəsulovanın yaxın rəfiqəsi rolunda çıxış edir.
Oksana Rəsulovanın atası rolunda xalq artisti Kazım Abdullayev çəkilib
[media=https://youtu.be/Noq2-BaVVok]