Ronaldunun uşaqları ilə caqquziyə çılpaq girməsi qalmaqala səbəb oldu - FOTO




İtaliyanın “Yuventus” komandasının hücumçusu, dünya şöhrətli portuqaliyalı futbolçu Kriştianu Ronaldunun sosial mediada paylaşımı başına bəla olub.

Oxu.Az xəbər verir ki, ulduz futbolçu iki qız, iki oğlan övladı ilə birgə caqquziyə çılpaq halda girib.

Uşaqlarını başına toplayan Ronaldu onlarla birlikdə foto çəkdirərək, bu görüntünü sosial media hesabında izləyiciləri ilə bölüşüb.

Amma onun və uşaqlarının caqquzidəki çılpaq paylaşımı izləyiciləri qəzəbləndirib. Onlar Kriştianunun bu hərəkətinin yolverilməz və qeyri-etik olduğunu yazaraq, onu tənqid atəşinə tutublar.

Bir çox izləyicilər “Yuventus”un hücumçusuna “Ümüd edirik ki, caqquziyə alt geyimsiz girməmisiniz”, “Belə şəkillər paylaşmaq doğru deyil” - yazaraq, hətta Kriştianunu cinsi azlıq adlandırıblar.

K.Ronaldu yazılan şərhlərə cavab verməyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu