Tailandda dövlət məmurlarına xaricə səfər etmək qadağan olundu




Tailand dövlət məmurlarının xarici səfərlərini məhdudlaşdırıb və koronavirus infeksiyası riski yüksək olan ölkələrdən qayıtdıqdan sonra onlara qarşı 14 günlük məcburi karantin tətbiq edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Banqkokda keçirilən brifinqdə ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Thavisin Visanuyothin bildirib.

Hökümətin qərarı bütün dövlət orqanlarına və idarələrinə Səhiyyə Nazirliyi tərəfindən açıqlanan koronavirus infeksiyası riski çox yüksək olan ölkələrin siyahısına daxil olan ölkələrə səfərləri dayandırmağı və təcili olaraq ehtiyac duyulan işgüzar səfərlər istisna olmaqla, dünyanın bütün ölkələrinə işgüzar səfərlərin sayını minimuma endirməyi özündə ehtiva edir. Sənəd infeksiya riski yüksək olan ölkələrdən qayıdan məmurlar üçün məcburi 14 günlük karantin rejimində qalmanı nəzərdə tutur.

Tailand Səhiyyə Nazirliyinin yoluxma riski ən yüksək olan ölkələr siyahısına Çin və onun əraziləri – Honkonq, Makao və Tayvan, Cənubi Koreya, Yaponiya, İran, İtaliya, Almaniya, Sinqapur, Fransa və digər ölkələr daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu