Zümrüd Yağmur Fuad Qəhrəmanlıdan rəsmən boşandı




Abşeron rayon Məhkəməsində yazar Zümrüd Yağmurun AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlıdan boşanması ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Elman Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Məhkəmənin qərarı ilə Z.Yağmur ilə F.Qəhrəmanlı arasında olan rəsmi nikah pozulub. Məhkəmənin qərarı ilə birgə nikahdan olan övladları Z.Yağmurun himayəsinə verilib.

Qeyd edək ki, ötən ilin sentyabr ayında Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd İsrafil qızı Qəhrəmanlı (Zümrüd Yağmur) nikahın pozulması və yetkinlik yaşına çatmayan övladlarının ananın yanında qalması ilə bağlı Abşeron rayon Məhkəməsinə iddia qaldırmışdı. Məhkəmə prosesi bir neçə dəfə təxirə salınandan sonra məhkəmə tərəflərin barışması üçün onlara 3 ay vaxt vermişdi. 3 ay müddət başa çatdıqdan sonra tərəflər məhkəməyə dəvət olunaraq işə yenidən baxılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu