Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi: 50 milyard ayrılacaq




"Ölkədə rəsmi olaraq fövqəladə vəziyyət elan edirəm".



Qaynarinfo xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donlad Tramp ölkəsində yeni növ koronavirusun (Covid-19) yayılması səbəbiylə ümummilli fövqəladə vəziyyət tətbiq olunduğunu elan edərkən deyib. Amerika lideri qərarını Ağ Evdəki mətbuat konfransı zamanı açıqlayıb.

Onun sözlərinə görə, bu qərar epidemiya ilə mübarizə üçün 50 milyard dollara qədər vəsait ayırmağa imkan verəcək.

Son məlumatlara görə, ABŞ-da yoluxanların sayı 1700 nəfəri keçib. 41 nəfər ölüb.

Worldometer saytının məlumatlarına görə, dünyada Covid-19-dan 4.990 nəfər ölüb, 70.395 nəfər sağalaraq evə buraxılıb.

Koronavirusun yeni növü (Covid-19) ilk dəfə 12 dekabr 2019-cu ildə Çinin Hubey əyalətinin Vuhan şəhərində aşkar edilib və qısa müddət ərzində digər şəhər və ölkələrə yayılıb.

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayılmasını pandemiya olaraq tanıyıb.

Virus əsasən hava-damcı vasitəsilə ötürülür, öskürək, asqırma, tüpürcək damcıları və ya burun axıntıları ilə yayıla bilir. Bundan əlavə, təmas yolu ilə yoluxma da mümkündür.

Ölümcül virus havadan damlacıqlarla insandan insana ötürülür. Xəstəliyin simptomları: yüksək temperatur, boğaz ağrısı, öskürək, nəfəs darlığı və ishaldır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu