Lənkəran RİH yayılan məlumatlara aydınlıq gətirdi




Lənkəran Şəhər İcra Hakimiyyəti rayonda yol verildiyi bildirilən pozuntularla bağlı məlumatlara aydınlıq gətirib.



ŞİH-dən AFN-ə verilən məlumatda bildirilir ki, “DOST İş Mərkəzi” MMC-də “sosial işçi” kimi işə götürülmüş Lənkəran şəhər icra başçısının birinci müavini Babayev Möhübbət Hacıbaba oğlunun qardaşı oğlu kimi qeyd olunan rayonun Kənarmeşə kənd sakini, 1990-cı il təvəllüdlü Elvin Xanbaba oğlu Babayev və keçmiş deputat Hadı Rəcəblinin yaxın qohumu kimi göstərilən Rəcəbov Şamil Cəsail oğlu barələrində yayılan məlumatlar əsassızdır: "Möhübbət Babayevin Xanbaba adında qardaşı yoxdur və ümumiyyətlə Elvin Xanbaba oğlu Babayevlə heç bir qohumluq əlaqəsində deyil. Liman şəhər sakini Rəcəbov Şamil Cəsail oğlu isə Hadi Rəcəblinin yaxın qohumu deyil. Hər iki vətəndaşın 2020-ci ilin yanvar ayında verdikləri ərizələrə əsasən “DOST İş Mərkəzi” MMC ilə bağlanmış muddətli əmək müqavilələrinə xitam verilmişdir.

Lənkəran Şəhər İcra Hakimiyyəti sifarişçi qismində aztəminatlı ailələrdən olan, işləməyə zəruri ehtiyacı olan hər bir şəxsin işə cəlb olunması üçün müvafiq tədbirlər görür. Həqiqəti əks etdirməyən məlumatların yayımlanması şəhər İcra hakimiyyətinin işgüzar nüfüzüna xələl gətrmək məqsədi daşıyır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu