Operativ Qərargah brifinq keçirir - Canlı yayım
“Qərarlar tək bir insan tərəfindən qəbul olunmur. Düşünüldü ki, ictimai nəqliyyatdan istifadə edənlərin sayı azalacaq. Ona görə bunlar düşünülmüş qərarlardır”.
Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bu gün keçirilən brifinqdə deyib.
Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə bildirib ki, o özü şəxsən ictimai nəqliyyatdan istifadə edir: “İstəsəniz sizə metro kartımı göstərə bilərəm. Avtobuslarda sıxlıq vizual görünürdü. Nəqliyyat agentliyinə bildirildi ki, avtobusların sayı çoxaldılsın. Metronun fəaliyyəti epidemioloji vəziyyət nəzərə alınaraq bağlanıb. İş saatlarında fərqli vaxtlar tətbiq olunub”.