Rusiya sülhməramlıları Zəngəzurda yerləşdirildi - VİDEO
Rusiya sülhməramlıları Ermənistanın Azərbaycanla sərhəd ərazilərinə yerləşdirilir.
AFN modern.az-a istinadən xəbər verir ki, sülhməramlı kontingent Sisyan rayonunun Vorotan (Urud) kəndində mövqe qurub.
"Sülhməramlılar kənddən Laçın dəhlizinə gedən yolu mühafizə etmək üçün əraziyə yerləşdirilib”- deyə kənd icmasının rəhbəri Armine Avaqyan təsdiqləyib.
Maraqlıdır ki, bununla Ermənistan Müdafiə Nazirliyinin daha bir yalanı ifşa olunub. Belə ki, nazirliyin rəsmisi Artur Sarkisyan Sünik vilayətinin (Zəngəzur) Azərbaycanla həmsərhəd ərazilərində heç bir sülhməramlı qüvvənin yerləşdirilmədiyini açıqlamışdı.