“Fənərbaxça” ingiltərəli futbolçunu transfer edib


Türkiyənin “Fənərbaxça” klubu daha bir futbolçunun transferini açıqlayıb.



Apasport.az saytının məlumatına görə, Brayt-Osayi Samuel İstanbul təmsilçisi ilə münasibətləri rəsmiləşdirib.

İngiltərəli yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra “sarı-lacivərdlilər”lə 4,5 illik müqaviləyə qol çəkib. “Fənər” Nigeriya əsilli 23 yaşlı oyunçunu “Kuinz Park Reyncers”dən alıb.

Qeyd edək ki, “Fənərbaxça” qış transfer dönəmində Məsut Özil və Attila Şalayı da heyətinə qatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu