“Qala” restoranının sahibi həbs edildi
Şəmkir rayonunda yerləşən "Qala” restoranının sahibi Tural Zeynalov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov açıqlamasında bildirib ki, onunla bağlı Şəmkir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Daha sonra cinayət məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə tövsif edilib və cinayət işinin araşdırılması üçün aidiyyəti üzrə rayon prokuroluğuna göndərilib.
Rayon məkməsinin qərarı ilə Tural Zeynalov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı rayon prokurorluğunda araşdırmala davam etdirilir.
Qeyd edək ki, ötən gün DİN-in yaydığı açıqlamada sözügedən restoranda karantin qaydalarına zidd olaraq toy məclisinin keçirildiyi bildirilmişdi. Məlumata görə, polis əməkdaşları adıçəkilən restorana gəldikdə, restoran sahibi obyektin qapılarını bağlayaraq, polis əməkdaşlarının qanuni fəaliyyətinə mane olub. O, daha sonra içəri daxil olan polis əməkdaşlarının qanuni tələblərinə mane olub, onlara zor tətbiq edərək xuliqanlıq hərəkətləri edib.