Çexiya və Danimarka azarkeşləri Bakıya xüsusi təyyarələrlə gəlir


Danimarka və Çexiya azarkeşləri Bakıda iki ölkə yığmaları arasında keçiriləcək Avropa çempionatının 1/4 final oyununa xüsusi təyyarələrlə gələcəklər.


Çexiyalı tərəfdarlardan biri Azərbaycan paytaxtına "fanat təyyarəsi" təşkil etmək qərarına gəlib. Səfər üçün ilkin qiymət kimi 13 500 (təxminən 1070 manat), son qiymət 16 220 çexiya kronu (təxminən 1 286 manat) müəyyənləşdirib. 150 azarkeşin iyulun 2-də günortadan sonra gələcəyi gözlənilir.

Danimarkanın "Landsholdsrejser" şirkəti isə ölkədən Bakıya 220 nəfəri gətirmək üçün təyyarə icarəyə götürüb. Bundan baqşa "Travel Sense" Azərbaycan paytaxtına uçuşlar təşkil edir.

Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq. Matç üçün ən ucuz bilet 60 manat, ən bahalısı isə 250 manatdır.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu