Penaltini qaçıran Emreliyə komanda yoldaşları belə dəstək oldu


Futbol üzrə Polşa Super Kubokunun sahibi müəyyənləşib.


Qaynarinfo xəbər verir ki, "Legiya" və "Rakuv" komandalarının qarşılamasının əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

"Legiya"nın bərabərlik qolunu 90+3-cü dəqiqədə Azərbaycan millisinin futbolçusu Mahir Emreli vurub. Bu qol sayəsində oyun əlavə vaxta və penaltilər seriyasınadək uzanıb.

Lakin 11 metrlik zərbələr zamanı "Rakuv" daha dəqiq olub - 4:3. "Legiya"nın penaltilərindən birini Emreli qaçırıb.

Penaltini qaçıran Mahir Emreliyə oyundan sonra komanda yoldaşları dəstək olublar.

[media=https://www.youtube.com/watch?v=MZyc8NlHfho&feature=emb_imp_woyt]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu