Qazaxda 34 yaşlı kişi göldə batdı

Qazax rayonunun Bala Çaylı kəndi ərazisində yerləşən göldə bir nəfər batıb.
Göldə boğulan rayonun Kosalar kənd sakini, 1987-ci il təvəllüdlü Anar Bayramovdur.
Hazırda xilasedicilər göldə axtarışları davam etdirir.
Faktla bağlı araşdırma aparılır.