Eldəniz Səlimov əvvəllər də bir neçə dəfə adam döyübmüş - TƏFƏRRÜAT


Polisi döydüyü üçün deputat toxunulmazlığına xitam verilən və məhkəmənin hökmü ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilən Eldəniz Səlimov bundan əvvəl də bir neçə dəfə adam döyüb, həmçinin polisə kobudluq edib.


AFN-ə bu barədə jurnalist Cəmil Məmmədli məlumat verib. Onun sözlərinə görə, E.Səlimov bir neçə ay əvvəl Xaçmazda "KapitalBank"ın qarşısında mühafizə polisi əməkdaşlarından birini ağır sözlərlə təhqir edib: "Bir dəfə də müharibə vaxtı onunla gələn qızlardan sənəd istəyən postdakı polisi vurmuşdu, polisə hədə-qorxu gəlmişdi. Hələ deputat olmamışdan əvvəl isə vergidə işləyəndə Əfqan adlı bir şöbə müdirini döymüşdü".
Qeyd edək ki, E.Səlimov 2010-cu ildə parlamentdə mandat alıb. Buna qədər isə o Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergi İdarəsində dövlət vergi müfəttişi və baş dövlət vergi müfəttişi vəzifələrində çalışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu